XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2018 - 18:45

Qarabağ İcmasının qurultayı çağırıldı –Toplantının gündəliyi ilə bağlı məlumat verilmir

Sabah – dekabrın 20-də Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçiriləcək.

Strateq.az modern.az-a istinadən xəbər verir ki, bu haqda İcmanın üzvü Elçin Əhmədov məlumat verib. O, toplantıda bir sıra məsələlərə baxılacağını desə də, geniş açıqlama verməyib.

Qurultayda təşkilati məsələlər də gündəmdə olacaq. Belə ki, icmanın vəfat etmiş üzvləri Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simaların seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 23 üzvü var. Bunlar Bayram Səfərov (sədr), Elçin Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən Rzayev, Elman Məmmədov, Vaqif Fərzəliyev, Şahmar Usubov, Eyvaz Hüseynov, Kamal Abdullayev, Polad Bülbüloğlu, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Murad Adıgözəlzadə, Cavid Əliyev, Ceyhun Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevdir.