XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2018 - 10:23

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair yeni sənəd imzalandı –MN açıqladı

Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, toplantıda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən iki ölkənin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, eləcə də “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” protokollar imzalanıb.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Mətin Gürakdır. Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.