XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2018 - 10:41

Tramp Gürcüstanın yeni prezidentinə məktub göndərdi:"İki ölkə arasındakı sıx əməkdaşlığın davam etdirilməsini istəyirik"

ABŞ prezidenti Donald Tramp Salome Zurabişvilini Gürcüstan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Zurabişvili “facebook”da bildirib.

“Bu yaxınlarda (Zurabişvilini) Gürcüstan prezidenti vəzifəsinə seçilməsi ilə təbrik edirəm. Birləşmiş Ştatlar, Gürcüstanın ərazi bütövlüyünü, demokratik inkişafını, tərəqqisini, eləcə də Qərbə inteqrasiyasını tamamilə dəstəkləyir”, – deyə məktubda bidirilir.

ABŞ rəhbəri onu da bildirib ki, iki ölkə arasında sıx əməkdaşlığın davam etdirilməsini istəyir.

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib/Report.