XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

20 Fevral 2016 - 11:20

ABŞ-dan da Rusiyaya rədd cavabı gəldi:“Moskva diqqəti başqa yönə çəkməsin!”

ABD'den Rusya'ya yeni tasarı tepkisi

“Rusiya yeni qətnamə layihəsi hazırlamaqdansa, əvvəlki qətnamələrə uysun”.

Strateq.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samantha Pover deyib. Diplomat Rusiyanın BMT Təhlükəsizlik Şurasına Türkiyəylə bağlı veridiyi qətnamə layihəsini şərh edərkən, Moskvaya xatırladıb ki, mövcud qərarları həyata keçirməsinə diqqət ayırmaq lazımdır.

Rusiyanın tələbiylə keçirilən BMT Təhlükəsizlik Şurasının qapalı yığıncağının ardından jurnalistlərə verdiyi açıqlamda ABŞ nümayəndəsi Kremlin Şuraya yeni layihə təqdim etdiyini təsdiqləyərək, məqsədin problemin həlli yox, sadəcə, diqqəti başqa istiqamətə çəkmək olduğunu bildirib.

Ötən ilin sonunda bütün şura üzvlərinin bir araya gələrək əhəmiyyətli bir qətnaməyə imza atdığını xatırladan Pover deyib:

"Biz hazırda Suriyanın şimalında xəstəxanaların bombalandığını görürük. 70 min adam bu bombardıman nəticəsində  yurd-yuvalarından oldu və sərhədə doğru hərəkət etdi. Böyük ağrılar çəkilir. 2254 saylı qətnamənin tətbiqinə çalışmalıyıq".

Xatırladaq ki, BMT TŞ-nın 2015-ci il 18 dekabr tarixində qəbul etdiyi 2254 saylı qətnamə Suriyada siyasi keçid prosesini nəzərdə tutur və yanvar ayı ortasına qədər atəşkəsin təmin edilməsi, yeni konstitusiya və seçkilər üçün işlərə başlanması və humanitar yardımların bütün bölgələrə çatdırılmasını tələb edir.

Qeyd edək ki, bundan əvvəl Fransa da layihəyə "xeyr" deyəcəyini açıq bildirmişdi.