XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 14:41

“Neftin ucuzlaşmasının səbəbkarı Səudiyyə Ərəbistanıdır” –Ekspert

Dünya bazarında neftin qiyməti ötən gün artdıqdan sonra yenidən azalıb.

Bakı vaxtı ilə saat 13.25-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti fevraldakı səviyyəsinə nisbətən 3,86 fazi azalaraq bir bareli 55,03 ABŞ dollarına, “WTI” markalı neftin isə qiyməti Nyu York birjasında 4,32 faiz azalaraq 46,09 ABŞ dollarına düşüb.

Əvvəlki hərracdakı 5 faizlik azalmadan sonra ötən gün hər iki marka neft orta hesabla 3 faiz bahalaşmışdı.

Pakistanlı iqtisadi təhlilçi Malik Əyub Sumbal “Report”a bildirib ki, neftin qiymətinin kəskin azalması Səudiyyə Ərəbistanının rekord həcmdə xam neft ixrac etməsi ilə bağlıdır: “Birləşmiş Ştatlar Prezident Donald Trampın siyasəti üçün sərfəli olduğundan qiymətləri aşağı həddə saxlamaq məqsədi ilə Səudiyyə Ərəbistanının neft ixracını artırması üçün təzyiq göstərir. OPEC ölkələri ilin sonunda hasilatı azaltmağa razılıq versə də, Səudiyyə Ərəbistanının dünya bazarında neft bolluğu yaratması qiymətlərin aşağı həddə qalmasında mühüm rol oynayıb”.