XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2018 - 16:04

Putin Atatürkü “böyük və parlaq şəxsiyyət” adlandırdı:“Bugünkü Türkiyəni Atatürk qurub”

“Atatürk Türkiyənin böyük və parlaq şəxsiyyətidir”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında türk jurnalistin sualına cavab verərkən deyib.

O Atatürkün müasir Türkiyənin qurucusu olduğunu deyib: “Atatürk Rusiyanın böyük dostu idi. Ölkələrimiz arasında əlaqələrin əsasını qoyub. Biz bunu çox yaxşı bilirik”.

Putin Türkiyə ilə münasibətlərin çox yaxşı olduğunu bildirib.