XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 19:54

Azərbaycanda yeni dövlət qurumu yaradıldı –Fərman

Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.

Yeni yaradılan mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Fərmanda deyilir ki, qoruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranmışdır. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Turizm Agentliyinə həvalə edilib.