XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 15:16

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri həmsədrlərə müraciət etdi:"Şuşaya qayıtmaq istəyirəm"

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının yeni sədri Tural Gəncəliyev dünən yeni rəhbər qismində ilk tvitini atıb.

Strateq.az xəbər verir ki, ingilis dilində yazılan tvitdə bu sözlər qeyd olunub:

” I’m IDP since 1992. Enough is Enough. I would like to exercise my inseparable right to return my native Shusha and to our house where I spent my childhood. Co-Chairs”

– “Mən 1992-ci ildən məcburi köçkünəm. Yetər. Mən doğma Şuşaya və uşaqlığımın keçdiyi evimizə qayıtmağımın ayrılmaz hüququnu həyata keçirmək istərdim. # ATƏTMQ həmsədrləri”.

Tvitlə yanaşı yerləşdirilən iki fotoda işğaldan öncəki Şuşa şəhəri əks olunub.

Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dekabrın 20-də keçirilən qurultayında yeni sədri seçilib.

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini  Hüquqşünaslıq ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsini tutur.