XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 19:44

Çavuşoğlu:"Heç kəs Türkiyəyə Fərat çayının şərqini terrorçulardan təmizləməyə mane ola bilməz"

Heç kəs Türkiyəyə Suriya ərazində Fərat çayının şərqindəki terror düşərgələrini məhv etməyə və bölgəni terrorçulardan təmizləməyə maneə ola bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Milli müdafiə naziri Hulusi Akar isə bildirib ki, İraqın şimalındakı bölgələr terrorçulardan təmizlənənə qədər Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarını davam etdirəcək.

Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları dekabrın 22-də İraqın Şimalındakı Metina ərazisində yerləşən terror məntəqələrinə dəqiq zərbələr endirib. Nəticədə terrorçulara məxsus silah və sursat anbarları dağıdılıb, iki terrorçu məhv edilib.