XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2018 - 23:05

Tramp ABŞ-ın yeni müdafiə nazirinin adını açıqladı:"O, möhtəşəm olacaq"

Pentaqon rəhbərinin müavini Patrik Şanahan Ceyms Mettisin gedişindən sonra Birləşmiş Ştatların müdafiə naziri vəzifəsini icra edəcək.

Bu barədə Amerika lideri Donald Tramp “Twitter”də yazıb.

“2019-cu ilin 1 yanvar tarixindən etibarən, bizim istedadlı müdafiə nazirinin müavini Patrik Şanahanın müdafiə nazirinin vəzifəsini icra edəcəyini xəbər verməkdən çox şadam. Patrik, həm müavin olaraq, həm də “Boeing”də işlədiyi vaxtlarda bir çox nailiyyətlərə imza atıb. O, möhtəşəm olacaq”, – deyə prezident bildirib.

Xatırladaq ki, ABŞ-ın hazırkı müdafiə naziri Ceyms Mettis 2019-cu ilin fevralda vəzifəsini tərk edəcək/Report