XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 18:01

İcra başçısının qoçuları ilə vətəndaşın əlbəyaxa davası:"Dedim, gəl sənə 500 verim..." - VİDEO

adil-veliyev-muavineri

Sabunçu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən 30 yaşlı Əli Mirzəbəyov haqsızlıqla qarşılaşdığını deyir.

Strateq.az Kanal13.tv-yə istinadən xəbər verir ki, icra hakimiyyətinin əməkdaşları tikiliyə icazə vermək üçün ondan 3 min manat rüşvət istəyiblər. Pul verməyəndə isə evini sökdürüblər:

"Dedim, cəmi 5 min manatım var, ona da evimi tikdirəcəm. Gəl sənə 500 manat verim. Fəhləyəm, pulu zülmlə qazanıram. Özümdə də kənd sovetinin ev tikdirmək üçün sənədi var. Gəlib evimi sökdülər".

Məsələ ilə bağlı İcra Hakimiyyətindən rəsmi mövqe öyrənmək mümkün olmayıb.

Vətəndaşla İcra Hakimiyyətinin işçilərinin dava-dalaşla keçən qarşıdurmasını, onların arasında gedən pul mübahisəsinin detallarını bu videodan izləyə bilərsiniz: