XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 16:13

Ərdoğanın “Bir-iki günə Putinlə görüşəcəm” bəyanatına Moskvadan rəsmi reaksiya:"Belə razılaşma yoxdur"

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Moskvaya səfər etməyi planlaşdırdığını bəyan edib.

Ərrdoğan həmkarı Vladimir Putinlə Suriyadakı situasiyanı müzakirə etmək istədiyini bildirib:  “Bu gün-sabah həmkarlarım Moskvaya səfər edəcəklər və Suriyada baş verənləri müzakirə edəcəklər. Bundan dərhal sonra mənim orada Putinlə üz-üzə görüşüm olacaq”.

Qafqazinfo.az bildirir ki, bu açıqlamadan dərhal sonra Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putinin türkiyəli həmkarı Ərdoğanla yaxın günlərdə görüş planının olmadığını bəyan edib: “Xeyr, hələ ki qrafikdə belə bir razılaşma yoxdur”.