XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 17:40

Lukaşenko Putinlə görüşdü:"Elə indicə razılışa biləcəyimizi söylədiniz..."

 

Moskva və Minsk köhnə problemləri yeni ilə keçirməmək üçün mübahisəli energetika məsələləri ilə bağlı razılaşa bilər.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada Rusiya dövlət başçısı Vladimir Putin ilə görüşdə bildirib.

“Elə indicə razılışa biləcəyimizi söylədiniz. Mən daha artığını deyəcəyəm: həqiqətən, razılaşma əldə oluna bilər, çünki buradakı komandalar artıq bir sıra danışıqlar aparıblar, onlar problemi bilirlər. Təbii ki, bu problemləri həll etməyi, onları yeni ilə daşımamağı istəyirik. Çünki köhnə problemlərin yeni ilə keçməsi pis haldır”, – A.Lukaşenko deyib/Report.