XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 20:27

Qazaxıstan Rusiya ilə razılaşdı –Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Yerin təkinin istifadəsinə dair suveren hüquqlarını həyata keçirmək məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölüşdürülməsi haqqında” Rusiya Federasiyası ilə ikitərəfli sazişə əlavə protokolun təsdiq olunması barədə qanunu imzalayıb.

Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Protokolun təsdiq olunması nəticəsində tərəflərin müvafiq qurumları Xəzərin Qazaxıstan şelfindəki Kurmanğazı yatağının müqavilə hissəsində bundan sonra da kəşfiyyat işləri yerinə yetirə biləcək.

Əlavə protokolla iki ölkə arasında yaradılacaq birgə müəssisə bütün müqavilə ərazisində kəşfiyyat aparmaq üçün sonradan dörd il uzada bilmək şərtilə altı illik əlavə müddət əldə edir. Bununla yanaşı, məhsulların bölüşdürülməsi haqqında 6 iyul 2005-ci il tarixli sazişdə nəzərdə tutulan müqavilə ərazisi genişləndirilir, adıçəkilən sazişə əlavə sazişin imzalama tarixi də əlavə kəşfiyyat müddətinin başlanğıcı təyin edilir/Report.