XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 15:22

Admiral Vladimir Korolev:"ABŞ Rusiya ilə sərhədə yüksək dəqiqlikli silah yığır"

Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının komandiri, admiralı Vladimir Korolev bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyayla sərhəd dəniz akvatoriyalarına yüksək dəqiqlikli strateji qeyri-nüvə sistemləri cəmləyir.

Admiralın deməsinə görə, gələn il Rusiya donanması dünya okeanında mövcudluğunu saxlayacaq, çünki ABŞ və NATO ölkələri Rusiya sərhədləri yaxınlığında operativ və döyüş hazırlığını kəskin artırırlar.

Korolev qeyd edib ki, Rusiya donanmasının gələn il dünya okeanında mövcudluğu dəniz və okean istiqamətlərində istənilən təhdidi önləməyə imkan verəcək. Onun sözlərinə görə, hazırda dənizdəki tapşırıqları Rusiyanın 100-ə yaxın döyüş gəmisi, müxtəlif siniflərə aid gəmiləri yerinə yetirir.

Bu açıqlamaya ABŞ tərəfindən, hələlik, münasibət bildirilməyib.

“Vesti.ru” yazır ki, daha öncə ABŞ-da “ildırımsürətli qlobal zərbə” konsepsiyasının hazırlanması barədə məlumat yayılıb. Bu konsepsiya düşmənin vacib hərbi obyektlərinin qeyri-nüvə yüksəkdəqiqli silahla vurulmasını nəzərdə tutur. TASS qeyd edirdi ki, belə zərbələr sualtı qayıqlarda və gəmilərdə yerləşdirilmiş qanadlı raketlər, eləcə də sualtı qayıqlardakı ballistik raketlər vasitəsilə endirilə bilər.