XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 20:23

Putin Paşinyanla görüşdə hansı məsələləri müzakirə edəcək? –Kreml açıqladı

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dekabrın 27-də Moskvada ikitərəfli gündəmdə olan əsas məsələləri müzakirə edəcək.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Kremldən açıqlama verilib.

“Dekabrın 27-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyada işgüzar səfərdə olacaq Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. İkitərəfli gündəmdə olan əsas məsələlərin, Avrasiya məkanında inteqrasiya birliklərindəki qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır”, – Kremlin Mətbuat xidmətinin məlumatında deyilir/Report.