XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 11:01

Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan mətbuatındakı xəbərlərə reaksiya:"Bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir"

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərlə bağlı açıqlama yayıb.

Strateq.az MN-ə istinadən xəbər verir ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır:

“Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.