XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 15:09

Heydər Əsədovdan sərt addım – Rəis və əməkdaşlar işdən uzaqlaşdırıldı

Kənd Təsərrüfatı Nazirliyində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti ilə bağlı iclas keçirilib.

İclasda müfəttişliyin rəisi Nazim Babayev Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti barədə məlumat verib.

Strateq.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nazir Heydər Əsədov müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması və sürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədi ilə nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib: “Bundan əlavə, rəis Nazim Babayev və baş mühasib Vahid Niyazəliyev işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifələrindən azad ediliblər. Təqaüd yaşı çatmış iki əməkdaş isə təqaüdə göndərilib”.
Strateq.az