XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 22:44

Putin Paşinyanla görüşdə:"Rusiya Ermənistanla əməkdaşlığın qorunması üçün əlindən gələni edəcək"

“Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə əməkdaşlığın qorunub saxlanılması üçün əlindən gələni edəcək”.

Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşdə deyib.

“Dinamika yaxşıdır, onu qorumaq lazımdır. Bunu etməyə hazırıq. Təhlükəsizliyin təmin edilməsi sahəsini, KTMT xətti ilə əməkdaşlığımızı nəzərdə tuturam”, – deyə o vurğulayıb.

Paşinyan isə 2019-cu ildə Putinin Ermənistana rəsmi səfər edəcəyini gözlədiklərini bildirib/Teleqraf.com