XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 23:53

Rusiyaya qarşı hərbi-taktiki dönüş:Yer-hava raketləri Suriyanı "ikinci Əfqanıstan"a çevirə bilər

Suriyeli muhaliflere karadan havaya füze

Suriyadakı hərbi-taktiki dəngələr Rusiya əleyhinə dəyişilə bilər.

Strateq.az-ın bildirdiyinə görə, Səudiyyə Ərəbistanının “loyal müxalifətə” vermək istədiyi yeni silahların 5 ildən artıq davam edən vətəndaş müharibəsinin seyrində ciddi dönüş yaradacağı gözlənilir.

Bildirilir ki, həmin raketlər sayəsində döyüşçülər onları bombalayan təyyarə və vertolyotları sıradan çıxara biləcəklər. Suriyadakı “loyal müxalif”lərin əsasən, rus təyyarələri tərəfindən bombalandığını nəzərə alsaq, Səudiyyə Ərəbistanının bu yardımları Rusiyaya qarşı verdiyi şübhə doğurmur.

Silah yardımlarından sonra Suriyada qüvvələr nisbətinin Əsəd  əleyhdarlarının xeyrinə dəyişilməsi SSRİ-nin məğlubiyyəti ilə nəticələn "Əfqanıstan ssenarisi"ni xatırladır. O zaman da əfqan mücahidlərinə verilmiş bənzər raketlər sayəsində sovet əsgərləri taktiki üsütünlüklərini itirmiş və böyük itkilər verərək, müharibəni dayandırmağa məcbur olmuşdu. İndi eyni prosesin Suriyada da təkrarlanması Rusiya hərbi aviasiya gücünün təsirinin azalmasına və ciddi itkilər verməsinə səbəb ola bilər.

Prinsipcə, Səudiyyə Ərəbistanının xarici işlər naziri də bu ehtimalı istisna etməyib. O, alman jurnalı “Spiegel”-ə verdiyi açıqlamasında deyib:

“Yer-hava tipli raketlərin müxaliflərə verilməsi Suriyadakı güc tarazlığını dəyişdirəcək, eynilə daha əvvəl Əfqanıstanda olduğu kimi…".

Bununla belə, nazir Rusiya ilə əlaqələrinin pis olmadığını diqqətə çatdıraraq, deyib:

"Suriya mövzusundakı fərqli mövqelərimizə baxmayaraq, Rusiyayla əlaqələrimiz çox yaxşıdır və biz onu daha da genişləndirmək istəyirik. Rusiyada, təxminən, 20 milyon müsəlman yaşayır. Rusiya kimi, biz də ekstremist qüvvələri və terroru məğlub etmək istəyirik, birlikdə enerji bazarlarının sabit olmasında maraqlıyıq. Suriyayla əlaqədar anlaşılmazlıqlarımız isə strateji hədəflərdən yox, sadəcə taktiki  manevrlərdən qaynaqlanır”.

Adil əl-Cübeyr bu sözlərlə sanki sülhpərvər əməkdaşlıqlar qura biləcəkləri halda, savaşmağın mənasızlığını, əks təqdirdə Rusiyada yaşayan milyonlarla müsəlmanın üsyana qalxa biləcəyini tərəf-müqabilinə xatırladır. Yəni ona həm əba üstündən (xaricdən), həm də əba altından (ölkə daxilindən) zopa göstərir.

Heydər Oğuz

Strateq.az