XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

21 Fevral 2016 - 02:09

Obama nə dediyini bilmir, yoxsa Ərdoğan onu səhv anlayıb?

Obama'dan Erdoğan'a taziye telefonu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ-lı həmkarı Barak Obama arasında dünən telefon söhbəti olub. Maraqlıdır ki, Yaxın Şərq məsələsinin müzakirə olunduğu bu söhbət barədə hər iki prezident fərqli açıqlamalar veriblər.

Strateq.az-ın bildirdiyinə görə, açıqlamalarda bir-birinə tərs düşən 2 başlıca məqam var.

Türkiyə tərəfi Obamanın "Suriya rejiminin və YPG-nin Suriyanın şimal-qərbindəki irəliləməsindən narahatlıq duyduğunu" bildirdiyi halda, Ağ Ev Obamanın yalnız Suriya rejiminin irəliləməsindən bəhs etdiyini açıqlayıb.

Bununla belə, Ağ Ev YPG-nin bölgədəki şərtlərdən istifadə edərək, yeni torpaqlar əldə etməyə çalışmamasının Obama tərəfindən vurğulandığını da etiraf edib. Vaşinqton  eyni zamanda  ABŞ prezidentinin Türkiyədən də eyni bölgəyə top atışlarını kəsməsini tələb etdiyini bildirib. Son detal Ankara açıqlamasında ümumiyyətlə yer almayıb.

İkinci əhəmiyyətli fərq: Ankaranın açıqlamasında Obamanın Türkiyənin özünü müdafiə hüququnun vurğuladığı bildirilsə də, Ağ evin bildirişində bu nüans yoxdur.