XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 18:11

Paşinyan – Putin görüşünə dair ziddiyyətli xəbərlər –Moskva erməni liderin qarşısında hansı şərtləri qoyub?

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların yekunlarına dair özünün “Facebook” səhifəsində paylaşımlar edib. Paşinyan onun Moskvaya səfəri kontekstində Qarabağ məsələsi barədə KİV-lərin çox yazdığını qeyd edib. Amma bildirib ki, onun Putinlə danışıqlarında Qarabağ məsələsinə dair heç bir müzakirə olmayıb.

“KTMT-də yaranmış vəziyyətlə bağlı isə qısa müzakirə oldu. Bizim mövqeyimiz bundan ibarətdir ki, instusional həll tapılmalıdır. KTMT-nin nizamnaməsinə dəyişiklik edilməlidir ki, gələcəkdə belə situasiya yarananda indiki kimi disputlar baş verməsin”-Nikol Paşinyan bildirib.

“Baqramyan 26” teleqram-kanalı (Ermənistan baş nazirinin iqamətgahının yerləşdiyi ünvan belədir-red.) isə iddia edir ki, Paşinyanla Putin arasında danışıqlarda Qarabağ məsələsinə toxunulub. Üstəlik Rusiya prezidenti şərt qoyub ki, Paşinyan Qarabağa dair Azərbaycanla intensiv danışıqlara başlamasa, Ermənistana verilən təbii qazın qiyməti arta bilər.

Kreml mesaj verib ki, Yerevanın energetika sferası tamamilə baş nazirin sözəbaxımlığından asılı olacaq. Ermənistan üçün qaz bahalaşmayacaq, bir şərtlə ki, Paşinyan bir daha KTMT-nin işini mürəkkəbləşdirməsin, Robert Koçaryanı azad etməyə razılaşsın (girov əvəzində zaminə buraxsın), Moskvanın vasitəçiliyi altında Əliyevlə Qarabağa dair danışıqları intensivləşdirsin, Ermənistandakı bioloji laboratoriyalarda xarici mütəxəssislərin və hərbçilərin iştirakını istisna edən sənədi imzalasın”-həmin mənbə iddia edir.

Bildirilir ki, Putinlə dostluq edən Robert Koçaryanın azadlığa buraxılması məsələsində tərəflər razılıq əldə edə bilməyiblər. Digər məsələlərlə bağlı razılaşmanın əldə edilib-edilmədiyi də məlum deyil. Qapalı danışıqların yekunu olaraq Putinlə Paşinyan jurnalistlərin qarşısına çıxıb birgə bəyanatla çıxış etməyiblər. (Virtualaz.org)