“Jurnalist Camal Qaşıqçının ölümü böhranla deyil, Səudiyyə Ərəbistanındakı dəyişikliklərlə bağlıdır”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının yeni xarici işlər naziri İbrahim əl-Assaf “əl-Hurra” telekanalına açıqlamasında bildirib.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb.
Kral Salman bin Əbdüləziz al-Səud dekabrın 27-də ölkənin xarici işlər naziri Adil əl-Cübeyri tutduğu vəzifədən azad edib.