“Yanvarda İsrail və Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm”.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.
“Səfər zamanı İŞİD-ə qarşı mübarizədən sonra atılacaq addımları və bölgədəki müttəfiqlərlə ortaqların qarşılaşdıqları təhlükəsizlik problemlərini müzakirə edəcəyik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə 2019-cu il yanvarın ilk günləri səfər edəcək.