XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2018 - 23:14

Rusiyada “Rosneft”in avtobusu qəzaya uğrayıb- 1 azərbaycanlı ölüb, 2-si yaralanıb+VİDEO

Dekabrın 29-da Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nefteyuqansk rayonu ərazisində yük maşını ilə avtobusun toqquşması nəticəsində azərbaycanlılar da daxil olmaqla 6 nəfər ölüb, 24-ü yaralanıb. Onlardan 12-nin vəziyyəti ağırdır.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Yuqra hökumətinin rəsmi qərargahı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, qəza Bakı vaxtı ilə təqribən 17:00 radələrində “Tümen – Xantı-Mansiysk” federal avtomobil yolunun 820 km-də baş verib.

“MAZ” markalı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq burada “Rosneft” ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca “Qazel”, “Niva” və yanacaqdaşıyan maşın da onlara çırpılıb.

Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var. Həmçinin 2 azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.