XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2018 - 21:15

Putin Trampa Yeni il təbriki göndərdi:“Moskva dialoqa açıqdır”  

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Yeni il münasibətilə göndərdiyi məktubunda Moskvanın “müxtəlif məsələlərlə bağlı” dialoqa açıq olduğunu bildirib.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu haqda məlumatı iki lider arasında yeni zirvə görüşü keçirilməsi ilə bağlı bir neçə cəhdin baş tutmamasından sonra Kreml verib.

ABŞ və Rusiya liderləri noyabr ayının sonu Argentinada Böyük 20-lərin sammiti çərçivəsində danışıqlar aparmalı idi. Lakin Tramp Rusiya və Ukrayna arasında Qara dənizdə qarşıdurma ilə əlaqədar olaraq yaranmış gərginliyə görə qəflətən görüşü təxirə salmışdı.

Tramp və Putin arasında Parisdə Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi ilə əlaqədar keçirilən mərasim çərçivəsində zirvə görüşü də baş tutmamışdı. İki lider arasında indiyə qədər yeganə sammit keçən ilin iyul ayında Helsinkidə keçirilib.

“Vladimir Putin Rusiya-ABŞ münasibətlərinin strateji sabitlik və beynəlxalq təhlükəsizliyin təmin olunmasında ən mühüm amil olduğunu xüsusi vurğulayıb. O, Rusiyanın ABŞ-la müxtəlif məsələlərlə bağlı dialoqa açıq olduğunu təsdiq edib”, Kremlin bəyanatında deyilir.

Rəsmi Moskvanın bildirdiyinə görə, Birləşmiş Ştatlarla müzakirə etmək istədiyi məsələlərdən biri Vaşinqtonun Soyuq müharibə dövründə imzalanmış nüvə silahlarının ixtisarına dair müqavilədən çıxması ilə əlaqədardır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2019-cu ildə yeni görüşün keçirilib-keçirilməməsi məsələsi Birləşmiş Ştatlardan asılıdır.

TASS xəbər agentliyinin verdiyi məlumata görə, Sergey Lavrov bildirib: “Bu məsələ Vaşinqton tərəfindən ünvanlanacaq. Bizim həm prezidentimiz, həm də onun nümayəndələri bildiriblər ki, biz Vaşinqton hazır olduğu halda danışıqlara hazırıq.