XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2019 - 14:01

ATƏT-də sədr dəyişikliyi oldu –Təşkilata rəhbərlik Slovakiyaya keçib

 

Yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyadan Slovakiyaya keçib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Slovakiya Respublikası 2019-cu ildə təşkilata rəhbərlik edəcək.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Sədr dəyişikliyi hər il rotasiya əsasında həyata keçirilir.