XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2019 - 15:23

Şimali Koreya lideri Trampa şərt qoydu:"Səbrmi sınamayın, ya masaya əyləşək, ya da..."

Şimali Koreya lideri Kim Çen İn ABŞ və Cənubi Koreya ilə gərgin münasibətlərə son qoymağa hazır olduğunu açıqlayıb.

Koreyalı lider tərəflərlə müzakirələrin yenidən başlaması üçün şərtlərini açıqlayıb.

Kim Çen İn bildirib ki, ABŞ-la yeni zirvə görüşünə hazırdır, lakin rəsmi Vaşinqton Pxenyanın səbrini uzun müddət sınasa, danışıqlardan imtina edəcək: “Hansısa bir tarixdə beynəlxalq ictimaiyyət tərəfindən də məmnuniyyətlə qarşılanacaq müsbət nəticələrin əldə edilməsi üçün ABŞ prezidenti ilə yenidən masa arxasında əyləşməyə hazıram. Lakin Vaşinqton səbrimizi uzun müddət sınasa, başqa yolla getməkdən başqa çarəmiz qalmayacaq”.

Kim Çen İn ABŞ-ı keçən il Sinqapurda əldə edilmiş anlaşmanın şərtlərini yerinə yetirməyə – Koreya yarımadasında gərginlik yaradacaq addımlar atmamağa çağırıb.

Koreyalı lider qeyd edib ki, ABŞ bölgədə gərginliyin qarşısını almaq üçün Cənubi Koreyadakı hərbi fəaliyyətlərini dayandırmalıdır/Teleqraf.com.