XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2019 - 15:47

Netanyahu korrupsiyada ittihamına belə cavab verdi:"İstefa verməyəcəm"

İsrail Baş naziri Binyamin Netanyahu korrupsiyada ittiham ediləcəyi halda istefa verməyəcəyini açıqlayıb.

O, bu barədə Braziliya Prezidenti Joze Bolsonarla görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Qeyd edək ki, Binyamin Netanyahu barəsində rüşvət, fırıldaqçılıq və korrupsiya ittihamı ilə İsrail Baş Prokurorluğuna ittiham daxil olub.

O, yalnız apelyasiya şikayətləri təmin edilməyəcəyi halda istefa verə bilər.

Baş nazir ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.

Ötən il dekabrın əvvəlində polis ölkənin ən böyük telekomnukasiya şirkəti “Bezek”lə bağlı apardığı istintaq çərçivəsində Baş Prokurorluğa Binyamin Netanyahu və həyat yoldaşı Saraya qarşı korrupsiya ittihamı ilə müraciət edib/Teleqraf.com.