XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2019 - 11:27

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib- Maqnitoqorskdakı faciə ilə bağlı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram”.