XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2019 - 16:45

Si Tszinpin:"Çin birləşdirilməlidir və birləşdiriləcək"

Çin birləşdirilməlidir və birləşdiriləcək. Tayvan məsələsi milli zəiflikdən və qarışıqlıqdan yaranıb, şübhəsiz ki, milli bütövləşmə ilə aradan qalxacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Tszinpin “Tayvandakı həmvətənlərə məktub”un 40-cı ildönümü ilə əlaqədar Pekində keçirilən mərasimdə deyib.

Sədr Si Tszinpin 70 ildən çox bir dövrdə ölkənin materik hissəsi ilə Tayvan adası arasında münasibətlərin inkişafının tarixi nəticə olmaqla yanaşı, yeni dövrdə Çinin birləşməsinə yönəldiyini bildirib. O, hər iki tərəfdə olan, habelə xaricdə yaşayan həmvətənləri Çin xalqının yaxşı gələcəyi və növbəti mərhələdə Çinin sülh yolu ilə birləşdirilməsi üçün səy göstərməyə çağırıb.

Xaricdən Tayvan məsləsinə müdaxilənin qəbuledilməz olduğunu diqqətə çatdıran Si Tszinpin deyib ki, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri Çin Kommunist Partiyası, Çin dövləti və xalqı tarixi bir vəzifə olaraq Çinin birləşdirilməsindən ötrü Tayvan məsələsinin həlli istiqamətində əzmlə çalışıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. ÇXR “Vahid Çin” prinsipinə əsasən, Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etməyərək, adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləməklə Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.