XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 14:55

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri:"Biz geri dönəcəyik”

“Şuşaya giriş üçün inşa edilmiş “Gəncə qapısının” yaxınlığında “Süleymanın çayxanası” yerləşirdi. Atamla bu çayxanada oturaraq Dağlıq Qarabağın möhtəşəm dağlarına açılan mənzərəyə saatlarla tamaşa etməyim hələ də gözümün önündədir”.

Strateq.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, Şuşa sakinləri öz asudə vaxtlarını bu çayxanada keçirər, füsunkar mənzərəyə tamaşa edərək Şuşanın tarixi, mədəniyyəti, incəsənəti və tanınmış ziyalılarının həyat və yaradıcılığını müzakirə edərdilər: “Şuşa dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan yüksək plato üzərində yerləşir. Şəhər qala divarları ilə əhatəyə alınıb. Biz, inşallah Vətənə geri dönəcəyik!”