XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 15:55

ABŞ Senatı Azərbaycana səfir təyinatını təsdiqlədi –Litzenberger Bakıya nə vaxt gələcək?

ABŞ Senatı Örl Litzenbergerin Azərbaycana səfir təyinatını təsdiq edib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, yeni səfir yaxın günlərdə Bakıya yola düşəcək.

Qeyd edək ki, Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir/Axar.az.