XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 22:27

Eldar Əzizov köhnə kadrını yanına gətirdi –Bakı meriyasında daha bir dəyişiklik

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov keçmiş kadrına meriyada yüksək vəzifə verib.

Strateq.az Publika.az-a istinadən xəbər verir ki, Eldar Əzizov Nərimanov İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri işləyən Rəşid Ağayevi BŞİH-in ən vacib sahəsinə – Əsaslı Təmir və Tikinti Şöbəsinə müdir təyin edib.

Strateq.az bildirir ki, Eldar Əzizov 2000-ci ildə Nizami rayonunun icra başçısı təyin olunandan sonra Rəşid Ağayevi rayon Mənzil-Kommunal Tikinti Birliyinin rəisi vəzifəsinə gətirib.

Xatırladaq ki, həmin vaxt Rəşid Ağayev Kürdəmir rayonunda eyni adlı vəzifənin rəhbəri olub. O, 2003-cü ilədək – Eldar Əzizov Gəncənin icra başçısı göndərilənə qədər qeyd edilən birliyin rəisi olub.

Eldar Əzizovdan sonra Nizaminin icra başçısı olan Abdin Fərzəliyev də ona etimad göstərib.  Tərəflər arasında münasibətlər o qədər dərinləşib ki, A.Fərzəliyev Nərimanova icra başçısı göndəriləndə, Eldar Əzizovdan fərqli olaraq, Rəşid Ağayevi unutmayıb. Belə ki, o, Rəşid Ağayevə Nərimanov İH-də yüksək vəzifə verib.

Yeri gəlmişkən, Rəşid Ağayevin adı həm Nizami, həm də Nərimanov rayonunda tikintilərə rəsmi və ya qeyri-rəsmi rəhbərlik edən əsas şəxslərdən biri kimi hallanıb.