XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 23:26

Rəsmi Tehrandan ABŞ-a cavab gecikmədi:"Təhlükə təhlükə doğar..."

“İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur”.

“RİA Novosti” xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə cavab olaraq deyib.

“İranın kosmik raket buraxılışı və raket sınaqları 2231 saylı qətnaməni pozmur”, – deyə Zərif “Twitter”də yazıb.

O həmçinin ABŞ-a xatırladıb ki, İrana müasir silahların, eləcə də, raket və raket sistemlərinin verilməsinə qadağanı nəzərdə tutan 1929 saylı qətnamənin qüvvədə olma müddəti başa çatıb.

Zərif əlavə edib ki, “təhlükə təhlükə doğar, necə ki, kübarlıq nəzakətə səbəb olar”.

Xatırladaq ki, bundan əvvəl Pompeo bildirib ki, İran təxribat xarakterli raket buraxılışlarını yenidən nəzərdən keçirməli və daha dərin təcridlə uzləşməmək üçün ballistik raketlərlə bağlı istənilən hərəkətlərdən imtina etməlidir. O əlavə edib ki, İranın hərəkətləri onun BMT TŞ-nin 2231 saylı qətnaməsinə tam etinasızlığını nümayiş etdirir/Report.