ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov Suriyada atəşkəslə bağlı ilkin razılığa gəliblər.
Bu haqda Kerri bu gün Əmmanda İordaniyanın Xarici İşlər naziri Nasser Judeh ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Kerri deyib ki, atəşkəs rejimi yaxın günlərdən qüvvəyə minə bilər.
ABŞ dövlət katibi onu da deyib ki, Barak Obama və Vladimir Putinin növbəti günlərdə bununla bağlı söhbət edə bilərlər. (Azadlıq radiosu)