XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 04:55

Gültəkin Hacıbəyli: “Hacıbala Abutalıbovla problem olmayacaq” – AÇIQLAMA

gultekin hacibeyli.jpg

“Milli Şuranın 3 may mitinqinin BŞİH-lə razılaşdırılması ilə bağlı problem olacağını düşünmürəm”.

Strateq.az bildirir ki, bu sözləri Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli moderator.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Şura mart və aprel aylarında iki izdihamlı mitinq keçirib. Bu, yaz kampaniyası çərçivəsində keçirəcəyi üçüncü mitinq olacaq.

“Mitinqin şüarları dəyişməyib. Biz yenə də “Talana son”, “Siyasi məhbuslara azadlıq”, “Seçki islahatları”, “Avropa Birliyi ilə Assosiasiya sazışı” kimi tələblərlə çıxış edəcəyik. Təəssüf ki, bu günədək heç bir tələbimizin reallaşması istiqamətində əməli addımların şahidi olmamışıq, halbuki bunu təkcə Milli Şura olaraq biz yox, Azərbaycanın təxirəsalınmaz və köklü maraqları tələb edir. Yenə də mitinqimiz sosial ağırlıqlı olacaq. İnsanların həyat şəraitinin günü-gündən pisləşməsinə, yoxsulluğa, işsizliyə, devalvasiyaya, kütləvi ixtisarlara etiraz edəcəyik.

Eks-deputatın sözlərinə gör, hakimiyyət mitinqin kütləviliyinin qarşısını almaq məqsədilə müəyyən addımlar atsa da, mitinqin razılaşdırılması ilə bağlı problem yaranmayıb. “Bu dəfə də istisna olmayacağına ümid edirəm”.