XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 17:12

Rusiya XİN vətəndaşlara xəbərdarlıq edib- Xaricə səfərlərin təhlükəli olması barədə

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xaricə səfər edərkən amerikalı hüquq-mühafizə orqanlarının onlara qarşı iradının olmasına əsas olduğu təqdirdə, diqqətli olmalarını tövsiyə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Nazir müavininin sözlərinə görə, ABŞ hökuməti Rusiya vətəndaşlarına qarşı “ovu” davam etdirir, buna görə də XİN vətəndaşlara xaricə səfərlərin nəticələrini göz önünə almağı tövsiyə edir: “Çünki nə təhlükəsiz yer var, nə də zəmanət. Rusiyalılar Birləşmiş Ştatların tələbi ilə üçüncü ölkələrdə saxlanılır və Vaşinqtona verilir. Buna görə burada ehtiyatlı olmaq lazımdır”.

O əlavə edib ki, rusiyalı diplomatlar ABŞ Federal Təhqiqatlar Bürosunun tələbi ilə Saypan adasında saxlanılan Dmitri Makarenkoya konsulluq çıxışı tələb ediblər.