XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2019 - 18:45

Horadiz əməliyyatından 25 il ötür –VİDEO

Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 25 ili tamam olur. 

Strateq.az-ın Modern.az-a istinadən məlumatına görə, Azərbaycan Ordusu mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1  (Cocuq Mərcanlı) yaşayış məntəqəsini erməni işğalçılarından azad edib.

Əməliyyat nəticəsində ümumilikdə 21 min hektar ərazi Azərbaycanın nəzarətinə keçib. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyat zamanı misilsiz qəhrəmanlıq göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb, 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Təəssüf ki, Milli Ordunun o vaxtki zəfər yürüşü davam etdirilmədi. Necə deyərlər, zəfər yürüşü yarımçıq qaldı…