Müsavat Partiyası mitinq qərarı verib.
Strateq.az Mia.az-a istinadən bildirir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib.
O bildirib ki, partiya qarşıdan gələn şənbə günü, saat 15-də “Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək barədə qərar qəbul edib.
Partiya funksioneri Gülağa Aslanlı isə deyib ki, mitinqlə bağlı digər təşkilatlarla da müzakirə aparılır.