XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 17:55

RƏSMİ ANKARADAN BOLTONA OPERATİV CAVAB GƏLDİ:"Türkiyə kürdləri deyil, terrorçuları hədəf alıb"

Trampın müşaviri Con Bolton İsraildə “Suriyadan tam çıxmağımız Türkiyədən asılıdır. Əgər kürdləri qorumaya yönəlik anlaşma imzalanmadan əsgərimiz Suriyadan çıxmayacaq” bəyanatına rəsmi Ankaradan etiraz gecikməyib.

Strateq.az xəbər verir ki, Boltonun bu açıqlamasına Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın operativ reaksiya verib.

O bildirib ki, Boltonun bəyanatı qəbuledilməzdir: “Türklərin kürdləri hədəfə alması iddiası ağılasığmazdır. Türkiyənin hədəfi kürdlər deyil, İŞİD, PYD/YPG/PKK terror təşklatlarıdır”.

Xatırladaq ki, Bolton yuxarıda qeyd etdiyimiz bəyanatı verməklə yanaşı, deyib ki, bu məsələni Ankaraya səfəri zamanı Türkiyə rəhbərliyi ilə müzakirə edəcək.