XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 10:26

“Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı…” –Saakaşvilidən önəmli açıqlamalar

saakashvilli

 

"Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Rusiyanın "Qazprom" yalan danışmaqda davam edir".

Bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixeil Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.

"O iddia edir ki, Rusiyanın "Qazprom" şirkətinin səhmdarı deyil. Amma hamımız bilirik ki, o, "Qazprom"un əsas səhmdarlarından biridir. Bununla bağlı, İsveçrədə xüsusi hesabat açıqlanıb. Amma o hamını aldatmaqda davam edirdi. "Qazprom"un səhmdarı isə birbaşa olaraq Kremldən göstəriş alır. Belə olmasaydı, Rusiya KQB-si onu səhmdar olmağa imkan verməzdi", – deyə sabiq prezident bildirib.

Bundan sonra, M.Saakaşvili "Qazprom"un 2005-ci ildə Gürcüstana qaz nəqlini dayandırmasını xatırladıb:

"Necə unutqan oldunuz?! 2005-ci ildə "Qazprom" boğazımızdan yapışarkən, dadımıza Azərbaycan çatdı. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı. Ardınca biz Azərbaycanla müqavilə imzaladıq.

Müqaviləyə əsasən, biz az qala dünyanın ən ucuz qazını alırıq. Bundan sonra yenə ölkəmizi dağıdanlarla işbirliyinə başlandı. Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür". 

Apa.az