XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 10:49

Hindistanda 200 milyona yaxın insan etiraz edir –Sosial tələblər

Hindistanda 200 milyona yaxın insan bir sıra ümummilli həmkarlar ittifaqları və solçu hərəkatların çağırışı ilə bu gün başlayan ikigünlük ümummilli tətildə iştirak edir.

Bu barədə NDTV telekanalı aksiyaların təşkilatçıları olan həmkarlar ittifaqlarının rəhbərlərinə istinadən məlumat yayıb.

Etirazçılar sənayenin müxtəlif sahələrində minimum əmək haqqı və pensiyaların artırılmasını, sosial şəraitin yaxşılaşdırılmasını, işsiz gənclər üçün iş yerlərinin təmin edilməsini və s. tələb edirlər.

Etiraz aksiyasının iştirakçıları hökuməti işçilərin maraqlarını qorumaqdan imtina etməkdə günahlandırırlar. Aksiyaya bəzi kəndli və fermer birlikləri də qoşulub.

Ölkənin bəzi bölgələrində etirazçılar dəmir yollarını və avtomobil yollarını bağlayıblar. Qərbi Benqal və Kerala ştatlarında polislə toqquşmalar qeydə alınıb.

Bəzi yerlərdə isə məktəblər və digər təhsil müəssisələri bağlanır. Şəhərlərdə mağazaların, dükanların və ofislərin əksəriyyəti bağlıdır/Report.