XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 11:04

“ABŞ-ın Suriyadakı ortaqlarını qoruyacağıq” –Ərdoğan Trampa belə söz verib?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa ABŞ-ın Suriyadakı ortaqlarını qoruyacağına dair söz verib.

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Yaxın Şərqə səfər öncəsi CNBC-yə açıqlama verən Pompeo ABŞ əsgərlərinin Suriyadan çıxmaq planının İŞİD terror təşkilatı ilə mübarizə və İranın bölgədəki təsirinin məhdudlaşdırılması strategiyasını dəyişdirmədiyini bildirib.

Qeyd edək ki, ABŞ Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində yerləşən terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən, oradakı müttəfiqi YPG təşkilatının taleyindən narahatdır/Publika.az.