XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 12:38

Rusiyanın Türkiyədəki səfirinin qətl işi… –18 nəfər hakim qarşısına çıxarıldı

Ankarada Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb.

TASS xəbər verir ki, hakim bəzi şübhəlilərin ölkə xaricində olduğunu, ona görə də bu gün məhkəmə qarşısına çıxmayacaqlarını bildirib.

Müttəhimlər kürsüsündə ümumilikdə 18 nəfər olub, onlardan 4-ü həbsxanada olduğundan məhkəməyə videoəlaqə ilə qoşulub.

Daha əvvəl Ankara prokurorluğu paytaxtın Ağır Cinayətlər üzrə İkinci Məhkəməsinə ittiham aktı göndərib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, hücumçu edən – polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən məhv edilib/Report.