XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 13:27

MHP liderindən Trampın müşavirinə kəskin etiraz:"Türkiyə nə edəcəyini səndənmi soruşacaq?"

Türkiyədə səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyətinə MHP lideri tərəfindən sərt etiraz gəlib.

Strateq.az bildirir ki, MHP lideri Boltonun İsraildə verdiyi “Türkiyə kürdlərin təhlükəsizliyinə təminat verən anlaşmanı imzalamayana qədər ABŞ Suriyadan çəkilməyəcək” bəyanatını xatırladaraq, bu açıqlamanı tərbiyəsizlik sayıb: “Boltonsan, Daltonsan, bilmirəm. Türkiyə nə edəcəyini səndən, yaxud patronlarındanmı soruşacaq? Bu, nə axmaqlıqdır, bu, nə tərbiyəsizlikdir?”.

Qeyd edək ki, Bolton bu gün Ərdoğanın sözçüsü ilə görüşüb. 2 saat 10 dəqiqə çəkən görüşdə tərəflər Suriyadakı məsələlərlə bağlı müzakirə aparıblar.