XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 14:55

Ermənistan ordusunun Baş Qərargah rəisi:  “Bakı bu əvəzləməni  birtərəfli qaydada həyata keçirib”

“Azərbaycan ordu birləşmələrini sərhəd qoşunu ilə əvəzləməsini birtərəfli qaydada həyata keçirib”.

Strateq.az bildirir ki, bu barədə Ermənistan ordusunun Baş Qərargahının rəhbəri Artak Davtyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu əvəzlənmə situasiyaya təsir etməyib: “Hazırda situasiyaya təsir edəcək nə mənfi, nə də müsbət hal qeydə alınmır. Biz də elan etmədən öz mövqelərimizdə müəyyən fəaliyyət aparırıq”.

Qeyd edək ki,  bir neçə ay əvvəl Azərbaycan Tovuz və Qazax  rayonlarındakı  mövqelərimizə sərhəd qoşunlarını yerləşdirib.