XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 16:08

Ərdoğan savaşın siqnalını verdi:"Boltonun səfəri bitən kimi əməliyyata başlayacağıq"

 “Bütün hazırlıqlarımızı tamamlamışıq. Çox yaxın zamanlarda Suriya torpaqlarındakı terrorçu qruplaşmları zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlayacağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.

“ABŞ Prezidenti Donald Trampın qərarı istinad nöqtəmizdir. Hərbi hərəkat üçün hazırlıqlarımızı başa çatdırmışıq. PKK/YPG-PYD ilə bağlı da addımlar atmaqda qətiyyətliyik. Həssaslığımızı bildikləri halda, terror qruplaşmalarının arxasında duranlara sözümüz var. Türkiyə hər zaman sözünün üstündə duran ölkə olub, müttəfiqlərindən də eyni diqqəti gözləyir”, – deyə Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan həmçinin qeyd edib ki, ABŞ nümayəndə heyətinin səfəri başa çatdıqdan sonra istənilən an Suriyanın şimalına hərbi əməliyyat başlaya bilər/Report.

Xatırladaq ki, Ərdoğan bu gün Türkiyəyə gələn Trapın müşaviri Con Boltonu qəbul etməkdəın imtina edib.