XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 16:45

Əfv Komissiyasının üzvü Mehmanla görüşdən danışdı:"Əsas arzusu azadlığa çıxmaqdır"

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri – hüquq müdafiəçiləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov bu gün Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər.

Görüş iştirakçılarından biri – hüquq müdafiəçisi, Prezident yanında Əfv Məsələləri üzrə Komissiyanın üzvü Əliməmməd Nuriyev Strateq.az-a bildirib ki, Mehman Hüseynov artıq qida qəbul edir və eləcə də onun üçün gətirilən sovqatları qəbul edir.

Ə.Nuriyevin dediyinə görə, onlar Mehman Hüseynovla 1 saatdan artıq söhbət ediblər: “Mehmanın öz razılığı ilə onunla şəkil də çəkdirdik. Saxlanma şəraitindən hər hansı şikayəti yoxdur. Əsas narahatçılığı isə məhbus həyatının bitməsinə az qalmış ona qarşı ikinci cinayət işinin qaldırılması ilə bağlıdır. Biz ona bildirdik, şikayətlərinin aidiyyəti qurumlara çatdırılmasını təmin edəcəyik. Bilirsiniz ki, ona qarşı açılan cinayət işinin istintaqını Prokurorluq orqanları aparır”. 

Ə.Nuriyev onu da bildirib ki, M.Hüseynovun dediyinə görə, o, həbsdə olduğ müddətdə daxili nizam-intizam qaydalarına ciddi riayət edən dustaq olub: “Bildirdi ki, ona indiyədək bir töhmət də verilməyib. İndiyədək saxlandığı şəraitdən isə şikayət etməyib. Onun yeganə istəyi, arzusu həbs müddəti başa çatan kimi, azadlığa buraxılmasıdır”.

Ə.Nuriyev onu da təsdiqləyib ki, bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri, həmçinin atası Mehmanla görüşüb.