XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 11:50

“İran neft hasilatının artırılmasında problemlərlə üzləşir…” –“Moodys“

iran-neft

 

İran neft hasilatını artırmaqda problemlərlə üzləşir, lakin bu ölkənin qlobal neft bazarına qayıdışı qiymətlərə təzyiq göstərəcək.

Bu barədə "Moody `s Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

İran bəzi ölkələrdən fərqli olaraq, fevral 16-da Rusiya və Səudiyyə Ərəbistanı arasında neft hasilatının dondurulması barədə əldə etdiyi razılığa qoşulmayıb.

"Proqnozlara əsasən, İranın 2016-cı ildə dünya bazarına sutkada 500 min barreldən artıq neft çıxarması qiymətlərə təzyiq göstərəcək. Lakin İran hasilatın artırılmasında problemlərlə üzləşir. Hasilatın artırılması üçün müştəri bazasını bərpa etmək şərtdir. Bundan başqa, neft buruqlarının modernləşdirilməsi üçün investisiyaların cəlb olunması da vacibdir. İran Çinə ixracı artırmaqda maraqlıdır. Lakin regional rəqabət çox güclüdür. Unutmaq olmaz ki, Səudiyyə Ərəbistanı Çinin əsas təchizatçısıdır", – deyə agentlik qeyd edir.

Analitiklər əlavə olaraq xatırladır ki, ABŞ şirkətləri sanksiyalar səbəbi ilə hələ də İrana investisiya yatıra bilmir.

Apa.az